Modern.az

Ağsaqqallar gənclərə örnək olmalıdırlar

Ağsaqqallar gənclərə örnək olmalıdırlar

Aktual

6 Aprel 2021, 09:00

Sabirabad rayonunda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.

 

Modern.az konfransın işində Respublika Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov iştirak edib.

 

Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov konfrans iştirakçılarını və qonaqları salamlayaraq ölkəmizin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqal və ziyalıların rolunun böyüklüyündən danışmış, bilik və təcrübələrini gənclərə öyrədən bu insanların canlı tariximiz olduğunu qeyd edərək onlara konfransın işində, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Respublika Ağsaqqallar Şurası sədrinin 1-ci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolunu qeyd etmiş, onların gənclərimiz üçün örnək olduğunu, hərbi-vətənpərvərlik ruhunda  böyümələrinə böyük töhfə verdiklərini bildirib.

 

Akademik Əhliman Əmiraslanov həmçinin cənab Prezident İlham Əliyevin ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxladığını, daim onlara qayğı göstərdiyindən danışmış, Onun Ulu Öndər Heydər Əliyevin qoyduğu bu ənənəyə böyük önəm verdiyini xüsusi vurğulamışdır. Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildiriblər.

 

Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Konfransda Sabirabad rayonu Ağsaqqallar Şurasınin rəhbərliyi yeni tərkiblə təsdiq olunub.

 

Konfransda Rayon Ağsaqqallar Şurasının yeni sədri Eyvaz Fərzəliyev seçilmişdir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular