Modern.az

Güclü külək Xaçmazı işıqsız qoydu - FOTO

Güclü külək Xaçmazı işıqsız qoydu - FOTO

Aktual

6 Aprel 2021, 10:53

Gecə saatlarından başlayan güclü külək Xaçmaz rayonunda fəsadlara yol açıb.

 

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini, rayon FHK-nin sədri Bəxtiyar Osmanovun Modern.az-a verdiyi məlumata görə, güclü külək rayon mərkəzində N.Nərimanov-70 ünvanlı çoxmənzilli beşmərtəbəli yaşayış binasının damını uçurub.

 

Xaçmaz şəhərinin Əlif Hacıyev və Üzeyir Hacıbəyov küçələrində də iki evin damını külək aparıb. Qımılqışlaq kəndində isə güclü külək nəticəsində aşan ağac evin damını yararsız hala salıb.

 

Şəhərin N.Nərimanov, Z.Tağıy küçələrində bir neçə ağac kökündən çıxaraq aşıb. Rayona elektrik enerjisinin verilişində fasilələr yaranıb. "Azərişıq"ASC-nin qəza briqadaları qırılmış elektrik  xətlərində  bərpa işlərilə məşğuldur. Rayona dəyən ziyanın həcmi araşdırılır.

 

 

Aytəkin ALXASLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular