Nərimanov rayonunda “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” üzrə təşkil edilməsi nəzərdə tutulmuş tədbirlərin müzakirəsi keçirilib.
Modern.az xəbər verir ki, “Mont İnn” otelin konfrans zalında xüsusi karantin rejiminin qaydalarına riayət etməklə Gənclər və İdman Nazirliyinin müvafiq tapşırığına əsasən Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı imzaladığı Sərəncama əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetlərdən 4-cü prioritet “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” üzrə təşkil edilməsi nəzərdə tutulmuş tədbirlərin müzakirəsi keçirilib.
Müzakirədə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin İqtisad kafedrasının müdiri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasının sədri, professor Elşad Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakultəsinin dekanı, iqtisadi elmlər namizədi, dosent, əməkdar müəllim Asiman Quliyev, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakultəsinin dekanı, dosent Elşən İbrahimov, Azərbaycan Turizm və Menecment Universitetinin İqtisadiyyat kafedrasının müdiri, dosent Səkinə Hacıyeva, “Bakı Avrasiya” Universitetinin riyaziyyat və iqtisadiyyat kafedrasının müəllimi Vüsal Cəfərli, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov iştirak ediblər.
Tədbir zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı imzaladığı Sərəncama əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetlərdən 4-cü prioritet “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” üzrə “İşğaldan azad olunan ərazilərdə mikro iqtisadiyyatın dayanıqlı inkişafının təminində gənc mütəxəssislərin rolu”, “Qarabağda yaradılacaq ağıllı infrastruktur (ağıllı şəhər və kənd) layihələrində rəqəmsal gənclik işi və innovasiya, sosioloji sorğular”, “Azad olunmuş ərazilərdən olan məzun gənclərin layihələrə cəlb olunması”, “Vətən Müharibəsi iştirakçıları ilə işin qurulması” və sair mövzularda tədbirlərin keçirilməsi müzakirə edilib.