Modern.az

Rusiya “Koçaryan kartı“nı işə saldı - ŞƏRH

Rusiya “Koçaryan kartı“nı işə saldı - ŞƏRH

Aktual

6 Aprel 2021, 15:04

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçəryanla söhbətləşib. Onlayn fotmatında keçirilən görüş bir saata yaxın olub.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində qatılacağını bəyan etdikdən sonra Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibə də verib. Bu müsahibəni necə qiymətləndirmək lazımdır və bu kimə mesajdır?


Modern.az
-ın məlumatına görə, məsələni şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, əslində özünü “müstəqil” jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla Robert Koçaryandan müsahibə götürüb.

“Kreml bununla Paşinyana və erməni cəmiyətinə mesaj göndərib ki, Koçaryanın ölkəsində aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir. Kreml bilir ki, Koçaryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq, ancaq heç olmasa parlamentdə ana müxalifət statusunu qazanacağına çalışır.

O ki qaldı, Koçaryanın Qarabağla bağlı söylədiklərinə, reallığı ortaya qoyub. O deyib ki, Ermənistan inidiki halıyla itirdiyi əraziləri gerı qaytara bilməyəcək. Buna baxmayaraq, Koçaryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımlar üzərində formalaşdıran şəxsdən “Dağlıq Qarabağ Azərbaycana aiddir” açıqlamasını gözləmirdik”.


"Bir dəfə Köçəryandan soruşurlar ki, necə oldu Rusiya prezidenti ilə dost oldu? Köçəryan cavabında deyir ki, "xarakterlərimiz və dünya baxışlarımız uyğundur". Yaxşı deyiblər, dostunu göstər, sənin kim olduğunu deyim. Torpaqlarımızı işğal edən və torpaqlarımızda soyqırımıları planlayan bir şəxsin dostu haqqında biz nə düşünməliyik? Moskvaya səfərə və Rusiya prezidenti ilə görüşə hazırlaşan Ermənistanın baş naziri Nikol Paşinyan da Koçaryanın ondan əvvəl Kreml sahibi ilə görüşü düşündürür",- E.Şahinoğlu əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular