Modern.az

Azərbaycanlı diplomat Misirdə “İlin səfiri” seçilib

Azərbaycanlı diplomat Misirdə “İlin səfiri” seçilib

Aktual

6 Aprel 2021, 14:42

Misirin “Diplomacy” (Diplomatiya) jurnalının üç ildir təsis etdiyi və ölkə ictimaiyyətinin maraqla qarşıladığı “İlin mükafatları”nın təntənəli təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, aprelin 5-də Qahirədə təşkil edilmiş mərasimdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayevə “İlin səfiri” mükafatı təqdim olunub.

 

Mərasimdə hər qitədən bir ölkənin diplomatik missiya rəhbərinə “İlin səfiri”, həmçinin Misirin nüfuzlu ictimai-siyasi xadimləri, elm və mədəniyyət nümayəndələri, tanınmış şirkət rəhbərləri və kütləvi informasiya vasitələri təmsilçilərinə “İlin adamı” nominasiyasında mükafatlar təqdim edilib.

 

“Diplomacy” jurnalının İdarə Heyəti mükafatların laureatlarını media monitorinqi və ölkə ictimaiyyəti arasında aparılan sorğu nəticəsində təyin edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular