Modern.az

“Real”ın futbolçusu koronavirusa yoluxdu  

“Real”ın futbolçusu koronavirusa yoluxdu  

6 Aprel 2021, 21:27

“Real”ın futbolçusu Rafael Varanda koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransız müdafiəçinin koronavirus testi müsbət çıxıb.

 

“Real” bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Liverpul”u qəbul edəcək. Qarşılaşma saat 23:00-da start götürəcək.

 

Varan La Liqanın 30-cu turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” matçını da buraxacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular