Modern.az

Hacıqabulda yas mərasimində iştirak edən 8 nəfər cəzalandırıldı

Hacıqabulda yas mərasimində iştirak edən 8 nəfər cəzalandırıldı

6 Aprel 2021, 23:26

Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb. 

 

Modern.az-ın məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsindən bildirilib ki, polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun  fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib. 

 

Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. 

 

Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib. Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular