Modern.az

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Pilot həlak oldu

7 Aprel 2021, 15:54

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

 

Hadisə yerinə xilasedicilər cəlb edilib. 

 

Məlum olub ki, təyyarə "Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.

 

Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular