Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev Tvitter hesabında “Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək”- deyə yazı paylaşıb.
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bununla bağlı fikirlərini Modern.az-la bölüşüb.
X.Vəliyeva ofisin açılmasını səbirsizliklə gözlədiyini qeyd edib:
“Açıqlamada dediyi kimi, inşallah, bir müddət sonra ofisimiz Xankəndidə fəaliyyətə başlayar. Ən birinci dəstək məndən gəlir. Ofisin açılmasında, yerləşməkdə Tural müəllimin yanındayıq. Belə bir təşəbbüsün olması çox gözəldir”.
Fidan İlqarqızı