Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan maskalardan istifadə etmələrinin zəruriliyi barədə məlumatlar verilib.