Modern.az

Ermənistanda koronavirusa yoluxma sayı 200 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 200 mini ötdü

8 Aprel 2021, 11:36

Ermənistanda son sutka ərzində 1231 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

 

Modern.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 200 129 nəfərə çatıb.

 

Ermənistanda koronavirusdan bir gündə 28 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3675-yə yüksəlib.

 

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 940 nəfərdir. Aktiv xəstələrin sayı 16 471 nəfərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular