Modern.az

Metroda gediş haqqını QR-kodla ödəmək mümkün olacaq? - AÇIQLAMA

Metroda gediş haqqını QR-kodla ödəmək mümkün olacaq? - AÇIQLAMA

Aktual

8 Aprel 2021, 12:02

“Metropolitendə mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə gediş haqqının ödənişinin tətbiqi istiqamətində işlər aparılır. Lakin konkret olaraq hansısa sistemin və ya üsulun tətbiqindən söz açmaq tezdir”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitenin fəaliyyətinin bərpasından sonra sərnişinlərin gediş haqlarını QR-kod vasitəsilə həyata keçirəcəyinə dair məlumatlara münasibət bildirərkən deyib.

 

Qurum rəsmisinin sözlərinə görə, bununla bağlı hansısa əsaslı bir addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq, hələlik yenilik yoxdur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi