Ermənistanda hərbi xidmətdən yayınan şəxslərlə bağlı yeni qanun qəbul olunacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ordudan fərarilik edən və hərbi xidmətdən yayınan şəxslər barəsində cinayət işinə xitam veriləcək. Qanun layihəsi hökumət tərəfindən qəbul olunub və artıq parlamentə göndərilib.
Qərar 27 yaşı tama olan bütün fərarilərə şamil ediləcək.