Modern.az

Alban-Udi xristian icması Ağdamla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Alban-Udi xristian icması Ağdamla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Aktual

9 Aprel 2021, 14:47

“Erməni təcavüzkarlarının Ağdamda törətdikləri dağıtılarla bağlı beynəlxalq təşkilatlara müraciət hazırlanır”.

Bunu Modern.az-a Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib. 


R.Mobili bildirib:

“Ermənilərin törətdiyi cinayətlərlə bağlı artıq beynəlxalq müstəvidə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müraciət hazırlanır. İmkan daxilində icmanın saytında və özümün şəxsi hesabımda paylaşımlar edirəm. Sadəcə mən rus dilində yazıram, auditoriyanı genişləndirmək üçün ingilis dilinə tərcümədə mənə kömək lazım olur.

Kəlbəcərə dörd dəfə səfərimiz olub, hər səfər zamanı bütün informasiyalar xarici jurnalistlər tərəfindən beynəlxalq aləmə çatdırılıb. İndi də Ağdamdan olan informasiyalar hazırlanır, müraciət olunacaq və xarici mediada yayımlanacaq”.

 

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?