Goranboy rayon İcra Hakimiyyətinin başçısı və Milli Məclisin deputatı Aprel şəhidimiz Bəxtiyar Hüseynovun anım günündə məzarını ziyarət ediblər.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayonun digər rəhbər şəxsləri, ictimai fəallar və Şəhid ailələri Qızılhacılı qəsəbəsindən Aprel şəhidimiz Bəxtiyar Hüseynovun anım günündə, onun və bütün Şəhidlərimizin Balakürd kənd Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər, Şəhidlərimizin ruhlarına dualar oxuyublar.