Modern.az

Ronaldo bu dəfə formasını yerə atdı

Ronaldo bu dəfə formasını yerə atdı

Aktual

12 Aprel 2021, 09:34

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu formasını yerə atıb.

 

Modern.az-ın məlumatına görə, bu, "Qoca Sinyora"nın evdə "Cenoa"ya 3:1 hesabı ilə qalib gəldiyi A Seriyasının XXX tur matçından sonra baş verib. Onun belə hərəkətinin səbəbi bilinmir.

 

Martın 27-də Ronaldu Portuqaliya millisinin heyətində Serbiya ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyunundan sonra kapitan sarğısını yerə çırpıb. 36 yaşlı hücumçu bu addımı vurduğu qolu hollandiyalı referi Denni Makkelinin hesaba almamasına etiraf əlaməti kimi atıb.

 

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə 27 oyuna 25 qol vurub və 3 məhsuldar ötürmə verib. Hazırda "Yuventus" 62 xalla 3-cü pillədə yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi