Modern.az

Beynəlxalq jurnalistika və dini ideologiyanın əlaqəsində ortaya çıxan vacib FAKTLAR

Beynəlxalq jurnalistika və dini ideologiyanın əlaqəsində ortaya çıxan vacib FAKTLAR

Aktual

17 Aprel 2021, 10:56

Jurnalistikanın 4-cü hakimiyyət kimi adlandırılması onun dünəndən bu günə keçdiyi yol, cəmiyyətin formalaşmasında göstərdiyi təsir, faktların ortaya bütün həqiqətləri ilə çıxarılmasında oynadığı rol baxımından daha gözəl təsvir oluna bilməzdi. Müasir dövrdə jurnalistikanın hər sahədə məqsədəuyğun rolu onun həm aktual problemlərini ortaya çıxarır, həm də kəşf edilməmiş tərəflərini auditoriyaya çatdırır. İstər mədəniyyət sahəsində, din sahəsində,  ekologiya, iqtisadiyyat və s. kimi ictimai inkişaf sahələrində mövcud olan qlobal problemlərin aradan qaldırılmasında və yeni nüansların ortaya çıxarılmasında KİV-in iştirakı baş verənləri daim diqqət mərkəzində saxlayır.Bu gün araşdırılması lazım olan məsələlərdən biri də din və jurnalistikanın vəhdəti prossesi, dini problemlərin, bununla bağlı baş verən hadisələrin mass-mediada nə dərəcədə tərəfsiz və qərəzsiz işıqlandırılmasıdır.

       
Qloballaşan dünyanın siyasi, iqtisadi, sosial və mədəni həyatında artan qüvvə ilə din meydana çıxdıqca onun müxtəlif mediada, elektron və çapdakı əhəmiyyətini artırır. Müasir tendensiyada xüsusi 5 yol var ki jurnalistika və dini ideologiyanın ortaq xüsusiyyətlərini üzə çıxarıb, təhlil edir. Ayrı-ayrılıqda bu yolları nəzərdən keçirdikdə əvvəlcə hər ikisinin iqtidara doğru meyilliliyini və auditoriya qarşısında zirvədə qalmaq üçün gedən prosseslərdə birbaşa iştirak eyediklərini görürürük. Bunun geniş izahına tarixdən alınmış faktlarla toxunaq:Roma imperatoru Theodosius, hicri təqvimi ilə 379-cu ildən 395-ci ilədək hakimiyyəti dövründə xristianlığı geniş mənada təbliğ edirdi. Theodosiusun Roma Ordusu, Salonikləri yerli olan “ xüsusi oyunlar” üçün öz ölkələrinə dəvət etdilər. Romalılar içəridə 7000 nəfərlə qapıları bağladılar və hər kişini, qadını, uşağı qılıncdan keçirdilər. Milanın Yepiskopu Ambrose, Theodosiusa imperatorun tövbə etməsini tələb edən bir məktub göndərdi və “Rəbbin Şam Yeməyini”  ondan məhrum etdi. Theodosius, sonda Milan kilsəsində bağışlanmağı xaiş etdi, diz çökdü və xalq qarşısında ağladı. Daha sonra, o, Ambrosenin ona həqiqəti söylədiyini bildiyi ilk adam olduğunu bildirdi. Beş il sonra dünyadan köçən Theodosiusun cənazə xütbəsində Ambrose əsgərlərə müraciətlə səsləndi: “ İnamsızlıq olduğu yerdə korluq var, amma sədaqətin olduğu yerdə isə mələklərin evi”. Xristian dinində yüksək ruhani rütbəyə sahib olan yepiskopun həqiqətləri üzə çıxarmasında oynadığı rol danılmaz bir faktdır. Eynilə, 1972-ci ildə Watergate kompleksində  adi bir oğurluq hadisəsini araşdırmağa başlamış The Washington Post-un metro bölmə müxbiri Bob Woodward  və Carl Bernstein-in hekayəsini nəzərdən keçirək: 1972-1974-cü illərdə Outerqeyt qalmaqalı zamanı ABŞ prezidenti Riçard Niksonun istefa etməsinə məcbur olacaq faktları üzə çıxararaq böyük uğur qazanmışlar və bütün bunlar qarşısında 1974-cü ildə Riçard Nikson istefaya verməyə məcbur olmuşdur. Bu hadisədən sonra jurnalistika məktəblərinə müraciətlərin sayı artdı və jurnalistika dünya qarşısında öz gücünü bir  daha sübut etmiş oldu.  Hər 2 faktda da jurnalistika və dinin baş verən hadisələrin mərkəzində hansı potensial gücə sahib olduğunu görürük.

     
Jurnalistika və dini birləşdirən ikinci yol, hər ikisinin müəyyən məqamlarda insanlar tərəfindən ehtiyac duyulan hesab edilməsidir. Dini liderlərin yoxsullara və aclara qayğı göstərməsinin bir çox nümunəsini görmüşük, məsələn El-Salvadordakı San-Salvador arxiyepiskopu Oskar Romero yoxsulluq, sosial ədalətsizlik, sui-qəsd və işgəncələrə qarşı səsləndirdiyi çıxış hər kəs tərəfindən çox təqdirəlayiq addım kimi qarşılandı. 1980-ci ildə bir mart günü, sülh və insan hüquqları haqqında bir mesaj yaydıqdan sonra kiçik bir xəstəxana kilsəsində vurularaq öldürüldü. Heykəli Londondakı Westminster Abbey-in Böyük Qərb Qapısının üstündəki ən müasir 10 heykəldən biridir. Jurnalistikanı özünə peşə seçmiş danimarkalı mühacir Yakob Riis Nyu-Yorka köçəndə çətin bir başlanğıc onu gözləyirdi və davamlı bir iş tapa bilməmişdi, lakin XIX əsrin 70-ci illərindən  cinayət və yoxsulluqla tanınan bir məhəllədə jurnalist və fotoqraf kimi işləməyə başladı. Onun fotoqraflığı və Yakob Riisin heykəli barədə hesabatı o qədər parlaq idi ki, bu hesabatdan sonra rəsmi qurumlar dərhal hərəkətə keçdi və bu məsələni daha dərindən araşdırmağa başladılar.

    
Hər ikisi azadlığın qorunması yolunda böyük səylə iştirak edir: Çox uzağa getməyək, bildiyimiz kimi dünyanın ən məxfi şirkətlərindən biri olan Panama hüquq firması Mossack Fonseca-dan 11 milyon sənədin mediaya sızması bütün dünyada çaşqınlığa səbəb olmuşdu. Sənədlər zəngin və aristokratların öz sərvətlərini gizlətmək üçün “ vergi cənnətlərindən” necə istifadə etdiklərini açıq-aşkar üzə çıxarmışdır. 11 milyon sənədin Almaniyanın “Sueddeutsche Zeitung”  qəzeti tərəfindən əldə edilib, Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu ilə paylaşılması bir çox üst qurumların etibarlılığını yerlə bir etmişdir. Bundan sonra BTJK Britaniyanın “ The Guardian” qəzeti də daxil, 76 ölkənin 107 media qurumu ilə uğurlu əməkdaşlığa başladı.  Qərb mediasının son Panama sənədlərinin sızmasındakı iştirakı, kilsə rəhbərləri kimi jurnalistlərin və texnoloqların bəzən dövlət rəhbərlərindən daha yüksək orqanlara cavab verdiklərini göstərir.

     
Onları birləşdirən digər bir fakt, yalan və şişirtmələrlə dolu olan bir mədəniyyətdə hər ikisi həm mədəniyyətin dərindən araşdırılmasına, həm də həmin mədəniyyəti təbliğ edən mətn təhlillərinə xüsusi əhəmiyyət verir: Əhli-Cədiddə deyilir ki, şagird Yəhya 8:32 ayəsində bizə bu cür  səslənir:  “ Sən həqiqəti biləcəksən və həqiqət səni azad edəcək”. Sosial media hər kəsi özünü yayımçı və özünü təbliğ edən kimi hiss etdirir, ancaq həqiqətən jurnalistika ilə proffesionalca məşğul olanlar  “ isti alış-verişə” və jurnalistikanın ierarxiyasına sərt bir şəkildə qarşı çıxmağı qarşılarına məqsəd qoymalıdırlar. Jurnalistika sahəsində ixtisaslaşmış professorların jurnalistika tələbələrinə təhqiqat və izahlı jurnalistikaya aid öyrətdikləri ən yaxşı yanaşmaların qısa xülasəsi ilə tanış olaq:

  • Müsahibə üçün ilkin mənbələri izləyərək tezisləri sınamaq
  • Daha çox fakt tapmaq üçün verilənlər bazasından istifadə etmək
  • Hesabat tezisi üçün sübutlar yaratmaq
  • Mənbələrin doğruluğunu yoxlamaq
  • Hesabat haqqında daha dərindən və geniş düşünmək üçün komandalarda işləmək
  • Hekayəni qüsursuz, “ güllə keçirməz” etmək üçün dərindən yanaşmaq

    
Eynilə bir çox dinlərdə əlyazmaların qorunması, dillərin öyrənilməsi və mətnin məna baxımından təhlilinin zəngin əlamətlərinə rast gəlirik. “ Lakin, teoloji maddə olmayan xarizma, ümumiyyətlə, uzun müddət sonra saxta kimi ortaya çıxır”. Jurnalistlər bəzən dindar insanların üzləşdikləri vəziyyətə bənzər cəmiyyətdən etinasızlıq görürlər, həqiqət iddiaları həmişə xoş qarşılamır.

     
Aparılan araşdırmalarda ortaya çıxan  digər önəmli faktor bizə bunu deməyə imkan verir ki, həm beynəlxalq jurnalistika, həm də dini ideologiyanın dünyada baş verən qlobal problemləri-müharibə, çəkişmə, ayrı-seçkilik kimi mənfi halları dərindən izləmələri cəmiyyətlə aralarındakı əlaqələri biraz daha gücləndirir. İraqdakı Mosul hava limanı yaxınlığındakı Müqəddəs İlyasın Monastrı 1400 ildən çoxdur ki, Yaxın Şərqdəki qədim xristian məkanlarından biri kimi qalırdı. 2014-cü ilin avqustunda İŞİD, yaxud DAEŞ-in buraya hücumu nəticəsində monastrın məhv edildiyi peyk görüntülərindən öyrənildi. İŞİD Nineveh, Nimrod, İraqdakı Yunusun məzarı, Suriyadakı Palmiraya da eyni hücumlar təşkil etdilər. “ The New York Times” , “ BuzzFeed” Kimi media qurumları İŞİD-in İraqdan və Yaxın Şərqdən xristianlığı necə aradan qaldırmaq istədiyi barədə məlumat yayımladılar. Bilirik ki, İŞİD eyni radikal islamçı görüşlərə sahib olmayan yəhudiləri, xristianları, yezidiləri və şiə müsəlmanlarını da təqib edir. Əsl jurnalist adına sahib olanlar və din xadimlərinin bir qismi həyati risklərinin olmasına baxmayaraq, islam, xristian, yəhudi, yaxud hansı dinə mənsub olub-olmamasından asılı olmayaraq etdikləri pisliklər barədə yazmaq və danışmaqda davam edirlər, bu onların vicdanları qarşısında məsuliyyətidir.


Beynəlxalq Din Jurnalistlər Birliyi ( IARJ)-nin fəaliyyəti

        
Din və mənəviyyat mövzusunda mükəmməlliyi təbliğ edən qlobal jurnalistlər şəbəkəsi olaraq fəaliyyət göstərən birlik, üzvlərinin işini gücləndirmək və dəstəkləmək üçün çox sayda xidmətlər və əsaslı mənbələr təqdim etməkdədir. Əməkdaşlığı inkişaf etdirmək, media rəhbərlərini, təhsil müəssələrini, icmaları dəqiq, balanslı və etik dinin işıqlandırılmasının vacibliyi ilə əlaqələndirərək  IARJ-ın əsas məqsəd və vəzifələrini bu cür qruplaşdırmaq olar:

  1. Dini reportajları təşviq etmək və din haqqında məlumat verən jurnalistlərin qlobal şəbəkəsini genişləndirmək;
  2. Sərhədlərarası hesabat və yerli-regional əməkdaşlığın qurulmasına kömək etmək;
  3. Dini məlumat mənbələri, etik qaydalar, görüşlər, dialoqların qarşılıqlı inkişafı və əlaqəli təşkilatlarla tərəfdaşlıq yolu ilə din xəbərləri ilə əlaqəli bacarıqları artırmaq;
  4. Təqaüdlər, qrantlar və mükafatlar vasitəsilə mükəmməlliyi, təhsili və yeniliyi təşviq etməkdir.

        
Din Məlumat Arxivləri Dərnəyi ( ARDA) ilə sıx tərəfdaşlıq sayəsində IARJ veb-saytı dünya dinində mürəkkəb problemləri araşdıran ARDA-nın əsas sütunların nəşr edir, ayrıca araşdırma aparan jurnalistlər üçün məlumat bazalarına vacib linklər təqdim edir. IARJ, həmçinin, üzv jurnalistlərlə əlaqə yaratmaq üçün təsadüfi qlobal sorğuların təmin olunması məqsədilə bir növ xidmət rolunu oynayır.

        
 Piazza Grande-Din Jurnalistika mükafat, IARJ və FSCIRE tərəfindən Bolonya şəhərində 2019-cu ilin mart ayında Avropa Din Akademiyasının illik konfransında Avropada, Aralıq dənizi hövzəsi ölkələrində, o cümlədən, İslandiya və Rusiyada dini məzmunlu yazıları işıqlandıran jurnalistlərin əməyinə hörmət üçün təsis edildi. Mükafat proqramı IARJ tərəfindən idarə olunur, FSCIRE tərəfindən maliyyələşdirilir. 2020-ci ilin mükafatçılarının təqdim etdiyi mövzular insan təxəyyülünü zorlayan, jurnalist yazılarının ən üst səviyyələridir. İtalyan jurnalist Federica Torn-un İtaliyada din ayrı seçkiliyi mövzusunda yazdığı  “ Barmaqlıqlar arxasındakı Allah” əsəri mükafata layiq görülən ən üstün hekayələrdən  biridir. Əsas məzmunu dini azadlıq və dini plüralizm haqqında güclü bir mesaj verərək  dini ayrı-seçkiliyə qarşı çıxmaq, İtalyan həbsxanalarındakı dinin rolu haqqında məlumat verməkdir. Qanunvericilik məsələləri işıqlandırılaraq, vacib statistik məlumatları və bütün dini ənənələrin məhbuslara necə təsir etdiklərini mükəmməl şəkildə çatdırır. Əsas məqsədlərdən biri təkcə mövcud sistemin tənqidi deyil, həmçinin, həbsxana islahatı üçün  doğru bir yol təqdim etməkdir.

         
 Uğur qazanmış digər yazılardan biri Yəhudi ənənələrinin Macarıstan şəhərinə qayıtmasını əhatə edir. Dini etiqad azadlığının dəyərini göstərən müsbət və cəlbedici bir hekayə olması ilə seçilir. Oxucunu sanki qəsəbə içərisinə səyahət etdirərək bir çox məlumatları keçmişə daldırmaqla diqqətini bu günə verməsini istəyir. Macarlı jurnalist tərəfindən qələmə alınan yazı cari vəziyyətlə ilkin vəziyyətə müqayisə edərək, möhkəm reportajlar əsasında mükafatı layiqiylə qazanmışdır.

         
 Mükafatın təsis edilməsinin ilk buraxılışında IARJ-a 71 yazı təqdim edilmişdir. Yazılar Avstriya, İtaliya, Finlandiya, Tunis, Türkiyə, Ukrayna  və İngiltərə də daxil olmaqla dünyanın bir çox ölkələrində yaşayan jurnalistlər tərəfindən verilirdi. Azərbaycanlı jurnalistlərin yaradıcılıqlarına güvənərək öz potensiallarını ortaya qoyması, əminliklə deyə bilərik ki, Azərbaycanın bu sahədə də yetərli səviyyədə tanınmasına şərait yaratmaqla bərabər, gələcəyin jurnalistləri üçün də ilham və motivasiya  mənbəyi olar.  Beynəlxalq Din Jurnalistləri Assosiasiyasının üzvləri bütün dünyada cəsarətli, dərindən məlumat verməklə beynəlxalq jurnalistikanı yeni bir mərhələyə daşıyırlar.

        
 Nəticə olaraq demək mümkündür ki, fərqli missiya daşımalarına baxmayaraq, müasir dövrdə mətbuat və dini təşkilatlar əməkdaşlıq edərək demokratik prinsipləri qoruyan dayaq yarada bilərlər, bu kimi məsələlərdə şərqlə qərbin tərəfdaşlıq edərək təcrübələrini bölüşmələri də müsbət tendensiya yaradacaq.  Təəssüf ki, jurnalistlərin bir çox dini nüansları hansı tərzdə işıqlandırmaq baxımından çox az informasiyaya sahibdirlər. Dini tədqiqatlar üzərində çalışan alimlər öz biliklərini jurnalistlər və ictimaiyyətlə bölüşmək üçün səylə çalışmalıdırlar. Dini tədqiqatlar və əlaqəli sahələrdən olan jurnalistləri və alimləri bir araya gətirərək çalışdıqları sahələrdə fikir və təcrübə mübadiləsi aparacaqları seminar və kursların təşkil edilməsi kimi layihələr hər ölkənin jurnalistikasının inkişafını perspektivli şəkildə təmin edəcəkdir. Arizona Dövlət Universitetinin Walter Cronkite Jurnalistika və Kütləvi Kommunikasiya məktəbinin bu kimi problemlərin aradan qaldırması üçün göstərdiyi təşəbbüs bunun ən gözəl nümunəsidir.



Günel  Mahmudova

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi