İspaniya La Liqasının 33-cü turunda "Real Madrid" öz meydanında "Real Betis"i qəbul edib.
Modern.az xəbər verir ki, matç qolsuz heç-heçə ilə yekunlaşıb.
Aktivinə 1 xal yazdıran "Kral klubu" 71 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. "Betis" isə altıncı yerdə qalıb.
Qeyd edək ki, La Liqaya 73 xalla "Atletiko Madrid" başçılıq edir. Turnirdə 31 matç oynayan "Barselona" isə 68 xalla üçüncü pillədədir.
T.İSMAYIL