Modern.az

Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq”

Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq”

Aktual

6 May 2021, 20:00

Qarşıdakı aylarda toylarla bağlı bəlli qaydalar çərçivəsində yeni standartlar yaranacaq.

 

Modern.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 

“Bu gün ölkəmizdə əhalinin 7-8 faizi peyvəndlənib. Lakin vətəndaşların 50-60 faiz vaksinasiya olunmayana və ya koronavirus məhv olmayana qədər bütün qadağaların aradan qaldırılması xəyalını reallığa çevirə bilməyəcəyik.

 

Düşünürəm ki, qarşıdakı aylarda rəqəmlər aşağı düşdükcə mədəni və sosial həyatımızda toyların keçirilməsi və s. kimi məqamlar üçün bəlli qaydalar çərçivəsində standartlar yaranacaq. Amma bu o demək deyil ki, pandemiya bitmiş vəziyyətdədir”, - o bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi