Modern.az

Azərbaycanda peyvənd olunanların sayı bir qədər də ARTDI

Azərbaycanda peyvənd olunanların sayı bir qədər də ARTDI

Aktual

8 May 2021, 16:41

Azərbaycanda son sutkada 34856 nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5568 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 29288 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1661772 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1001968 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 659804 nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI