Modern.az

Çində yeni koronavirus ocağı aşkarlandı

Çində yeni koronavirus ocağı aşkarlandı

Aktual

14 May 2021, 23:49

Çinin şimal-şərqindəki İnkou şəhərində yeni koronavirus ocağı aşkar olunub.

 

Modern.az xəbər verir ki, şəhərin Səhiyyə və Gigiyena İdarəsinin məlumatına görə, burada artıq beş yoluxma halı qeydə alınıb. Xəstələrdən üçündə heç bir yoluxma əlaməti müşahidə olunmayıb. Yoluxanların hamısı eyni müəssisənin əməkdaşlarıdırlar.

 

Ekspertlər onların əlaqədə olduqları 265 nəfəri də müəyyən ediblər. Hazırda həmin şəxslərin yoxlanışı aparılır.

İnkou sakinlərinə isə ciddi ehtiyac olmadan şəhəri tərk etməmələri tövsiyyə olunub.

 

Qeyd edək ki, şəhərin 2.3 milyon əhalisi var (oxu.az).

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI