Modern.az

Bu il 28 may ikiqat bayramdır - Tarixçi alim

Bu il 28 may ikiqat bayramdır - Tarixçi alim

Aktual

28 May 2021, 11:46

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. 1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq fəaliyyətdən sonra 1920-ci il aprelin 28-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib.

Hər ilin 28 Mayını sevinclə qarşılasaq da, içimizdə bir kədər, nisgil olurdu. Çünki 20% torpağımız düşmən tapdağı altında idi. Torpaqlarımızın böyük qismi azad edilib və Azərbaycan qalib ölkə olaraq 28 Mayı qeyd edir.


Tarix üzrə elmlər doktoru Vaqif Abışov Modern.az-a deyib ki, builki 28 Mayda hər kəs ikiqat sevinc, xoşbəxtlik yaşayır:


“103 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyəti quruldu və Azərbaycan xalqı yox olmaqdan xilas oldu. Həmin dövrdə dünya tamamilə xaos içərisində idi. Birinci Dünya Müharibəsi, Rusiya İmperiyasının dağılması, Cənubi Qafqazda qarşıdurmalar və s... Belə bir məqamda Xalq Cümhuriyyətinin qurulması inqlabi hadisə idi. 1918-ci ildən 2020-ci ilin zəfər gününə qədər keçən 102 il müddətində  çox tarixi hadisələr oldu. 2020-ci ildə bayrağımızın Qarabağa sancılması məhz bugünkü ab-havanı yaratdı. Sanki biz yenidən Cümhuriyyətin elan edildiyi günə qayıtdıq. Cümhuriyyət dövründə Şuşanı, Qarabağı qoruyub saxladıq, 1918-ci ildəki hadisələrin bu günlə bir varislik prinsipi var”.


V.Abışov 30 il ərzində 28 Mayı qeyd edərkən bir kədər hissi yaşadığımızı xatırladıb:

“Ərazimizin 20%-nin işğal altında olması, qaçqınlıq, köçkünlük bunların hər biri insanlara ağrı-acı yaşadırdı. Builki 28 May Respublika günü isə bizim üçün ikiqat bayram, böyük bir şərəfdir. Bu zəfəri, şərəfli tarixi daim qoruyub saxlamalıyıq”.

Mehri Qurban

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər