Modern.az

“Lider” televiziyası və radiosu bağlandı

“Lider” televiziyası və radiosu bağlandı

1 İyun 2021, 00:10

“Lider” televiziyasının və radiosunun yayımı dayandırılıb.

 

Modern.az xəbər verir ki, Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

 

Bununla əlaqədar "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi