Modern.az

Benzinin bahalaşması digər sahələrə təsir edəcək? – Deputatdan AÇIQLAMA

Benzinin bahalaşması digər sahələrə təsir edəcək? – Deputatdan AÇIQLAMA

2 İyun 2021, 12:20

Azərbaycanda Aİ-95 markalı premium benzin bahalaşaraq 1 manat 40 qəpik, Aİ-98 markalı super benzin isə 1 manat 55 qəpik olub.

 

Bu artım Azəraycanda hansı sahələrə təsir edə bilər?

 

İqtisadçı deputat Vüqar Bayramov Modern.az-ın sualını cavablandırıb. O qeyd edib ki, Azərbaycanda Aİ-92 və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Aİ-95 markalı benzinin qiyməti isə Tarif Şurası tərəfindən müəyyən edilmir. Bu səbəbdən Aİ-95 markalı benzinin qiyməti bazarda və ən əsası idxal xərclərindən asılı olaraq müəyyən olunur:

 

“Dünya bazarında neftin qiymətində artımlar var. Bu artımlar idxal olunan benzinin xərcinə də təsir göstərir. Aİ-95 markalı benzinin qiyməti benzini ölkəyə idxal edən sahibkarlar tərəfindən müəyyən olunur. Bu sahibkarlar da öz xərclərinə uyğun olaraq qiyməti müəyyənləşdirirlər. Tənzimlənən qiymətlərə bazarın təsir imkanları məhduddur.

 

Bizim  araşdırmalar göstərir ki, sürücülərin 90%-dən çoxu Aİ-92 markalı benzindən istifadə edirlər. Bu baxımdan Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətindəki artımlar bazara təsir göstərməməlidir. Aİ-95 markalı benzinin qiymətində mütəmadi olaraq dəyişiklik müşahidə edilir. Bu artım avtomobil bazarında da ciddi dəyişikliklərə səbəb olmayacaq”.



Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi