Qarabağ terrorçularının rəhbəri Araik Arutunyan Ermənistandakı seçkilər öncəsi özünü sığortalamaq qərarına gəlib.
Modern.az “Qraparak” qəzetinə istinadən xəbər verir ki, o, 20 iyun seçkilərində Robert Koçaryanın qalib gələcəyi halda öz xələfini seçib.
Terrorçuların yeni lideri vəzifəsinə Robert Koçaryanın mühafizə xidmətinin rəisi Qrişa Sarkisovun oğlu Karen Sarkiysan seçiləcək. Bu addımı atmaqla, çoxsaylı hərbi və iqtisadi cinayətlər törətmiş Arutunyan cinayət məsuliyyətindən yayınmağa çalışacaq.