Modern.az

Bakıda gənc oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlandı

Aktual

7 İyun 2021, 23:36

Bakıda bıçaqlanma hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

Bayraq parkında (keçmiş Musabəyov parkı) 1999-cu il təvəllüdlü Qədimzadə Məhəmməd Yusif oğlu ilə tanımadığı şəxs arasında mübahisə baş verib. Mübahisə zamanı naməlum şəxs M.Qədimzadəyə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası və sol saidin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var