Modern.az

Akademik Çingiz qacar vəfat etdi

Akademik Çingiz qacar vəfat etdi

12 İyun 2021, 12:07

Azərbaycanlı akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar bu gün 92 yaşında vəfat edib.

 

Bu barədə Modern.az-a AMEA-nın mətbuat katibi Leyli Namiqqızı məlumat verib. Onun sözlərinə görə, alim bu gün günorta saatlarında II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

 

Fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Oveys oğlu Qacar ilk dəfə öyrənilən molekulların energetik sistemlərində üç-dörd qatlı fırlanan fırlanan titrəyişli ikiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonanslarını tədqiq edib.1990-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi, 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni və 2014-cü ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb.

 

Ç.Qacar 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb. Ölümünə qədər həmin müəssisənin Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir