Modern.az

Azərbaycanda son sutkada rekord sayda peyvənd VURULDU

Azərbaycanda son sutkada rekord sayda peyvənd VURULDU

24 İyun 2021, 16:38

Azərbaycanda son sutkada 66010 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 36942 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 29068 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3146350 COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2034554 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1111796 nəfərdir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ