PSJ iki futbolçu - Ethan Mbappe və Senni Mayulu ilə müqavilə bağlayıb.
Modern.az klubun saytına istinadən xəbər verir ki, hər iki oyunçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Oyunçuların 14 yaşı var.
Qeyd edək ki, Ethan Mbappe PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin kiçik qardaşıdır.