Modern.az

Ən ali mükafat Ali Baş Komandana düşür - Şəhid atası

Ən ali mükafat Ali Baş Komandana düşür - Şəhid atası

Aktual

26 İyun 2021, 15:40

Bu sözləri Silahlı Qüvvələr günü münasibətilə təltif edilən şəhid ailələri ,Vətən müharibəsi iştirakçıları və qazilərilə Qubada keçirilən görüşdə Vətən müharibəsi şəhidi, Vətən Mühsribəsi Qəhrəmanı Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev səsləndirib.

 

Modern.az xəbər verir ki, Şəhid anasının sözlərinə görə, İkinci Qarabağ müharibəsində Ordu-xalq birliyinin canlı sipəri, şanlı zəfərimizin memarı Alu Baş Komandan İlham Əliyev oldu. Mən hesab edirəm ki, tarixi qələbəmizdə Cənab Prezidentimizin misilsiz xidmətləri var və hesab edirəm ki, dövlətin ən ali mükafatı İlham Əliyevə düşür. 

 

Vətən müharibəsində 4 Vətən Müharibəsi Qəhrəmanının Qubadan olduğunu deyən Söhrab Niftəliyev oğlu Mehrabın və bütün şəhidlərimizin ruhunun şad olduğunu qeyd edib və onların dövlət səviyyəsində unudulmadığını,xatirələrinin çox yüksək dəyərləndirildiyini bildirib.

 

Quba İH başçısının birinci müavini Tariyel İbrahimov da çıxışında dövlətin müharibə iştirakçıları və qazilərin,şəhid ailələrinin sosial müdafiəsinin həmişə diqqət mərkəzində və prioritet mövzulardan olduğunu diqqətə çatdırılıb.

 

Milli Ordu günündə Qubada 54 şəhid ailəsinə,16 müharibə iştirakçısı və qaziyə Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi "Vətən uğrunda","Cəsur döyüşçü ", "İgidiyə görə"və"Hərbi xidmətdə fərqlənməyə görə"medalları təqdim edilib.Oğulları şəhid olan ailələrin nümayəndələri övladlarının təltif edilən medallarını qürurla aldıqlarını söyləyiblər.Qazi və Vətən müharibəsi iştirakçıları da göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Aytəkin ALXASLI

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi