Gürcüstanın Svaneti bölgəsində yerləşən Mestia rayonunda ICSU- Mütəqil uşaq və tələbə birliyi və Gürcüstan Tələbə Parlamentinin birgə əməkdaşlığı ilə Mestia rayonunun mədəniyyət evində açıq havada "Gürcü mədəniyyət günləri" təşkil olunub.
Gürcüstan Tələbə Parlamentinin "Diaspora və Qafqaz məsələləri" komitəsinin sədri Elvin Tağıyevin Modern.az-a verdiyi məlumata görə, tədbir gənclərin iştirakı ilə baş tutub.
Tədbirdə gürcü gənclərlə yanaşı azərbaycanlı gənclər də iştirak ediblər. Gürcü milli mətbəxinin nümayişi ilə yanaşı Azərbaycan milli mətbəxidə nümayiş olunub.
Nəzrin Vahid