Modern.az

Yevlaxda maşın aşdı - xəsarət alanlar var

Yevlaxda maşın aşdı - xəsarət alanlar var

4 İyul 2021, 22:04

Yevlaxda avtomobilin aşmasının təfərrüatları məlum olub.

 

Məlumata görə, aşan "VAZ 2109" markalı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb, sürücü ondan yayınmaq istəyərkən idarəetməni itirib və avtomaşın aşaraq yol kənarındakı su arxına düşüb.

 

Qəza nəticəsində avtomobilin sürücüsü, eləcə də sərnişinlər - 1949-cu il təvəllüdü Yevlax rayon sakini Hüseynova Qaratel Qəhrəman qızı və 1959-cu il təvəllüdlü Dadaşova Səfurə Əmiraslan qızı xəsarət alıb.

 

***

 

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Xaldan-Mingəçevir avtomobil yolunda, rayonun Havarlı kəndi yaxınlığında baş verib.

 

İdarəetmədən çıxan minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində ikisi qadın olmaqla üç nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi