Modern.az

Dostunu xilas etmək istədi, özü də BOĞULDU

Dostunu xilas etmək istədi, özü də BOĞULDU

Aktual

5 İyul 2021, 10:05

Bu gün Xəzər dənizinin Xaçmazın Müqtədir qəsəbəsi ərazisində batan iki nəfərin meyiti FHN-nin əməkdaşları tərəfindən sudan çıxarılıb.

 

Modern.az xəbər verir ki, dənizdə çimərkən batan Qubanın Aşağı Atuc kənd sakinləri - 20 yaşlı Naib Nadir oğlu Talıbov və 21 yaşlı Nemət Sarvan oğlu Hüseynovun meyiti polis əməkdaşları tərəfindən Məhkəmə Tibb Ekspertizası və Patoloji Anstomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb. Xaçmaz rayon prokurorluğunda faktın araşdırılmasına başlayıb.

 

Şahidlərin sözlərinə görə, Nemətlə Naib dənizdə çimərkən Nemət Hüseynov qəfildən suda batmağa başlayıb. Bunu görən Naib Talıbov dostunu xilas eləmək istəyib. Bu zaman o da batmağa başlayıb. Onların batdığını görən Nemətin qardaşı İzzət onlara kömək eləmək istəyib, su onu da batırmağa başlayıb. Hadisə yerinə özlərini çatdıran FHN-nin xilasediciləri yalnız İzzət Hüseynovu xilas edə biliblər. İki dostun Naib Talıbovla Nemət Hüseynovun isə yalnız cansız bədənlərini sudan çıxarmaq mümkün olub.

 

Aytəkin ALXASLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!