Modern.az

Bu gün 3 min namizəd müəllim olmaq üçün imtahan verir - FOTOLAR

Bu gün 3 min namizəd müəllim olmaq üçün imtahan verir - FOTOLAR

9 İyul 2021, 13:00

Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanları başlayıb.

 

Modern.az xəbər verir ki, hazırda imtahanlarda 3000 namizəd iştirak edir. 1000 nəfərdən çox şəxs Bakı şəhərində, 2000 nəfər isə bölgələrdə imtahan prosesinə cəlb olunub.

 

Bakı şəhərində imtahan yalnız bir ərazidə Azərbaycan Texniki Universitetin idman zalında həyata keçirilir.

 

Qeyd edək ki, universitetin 3 idman zalı var və hər bir zalda 270 nəfər namizəd imtahan verir. İmtahanda pandemiya qaydalarına tam riayət olunur.

 

Xatırladaq ki, müəllimlərin işə qəbul imtahanları avqustun 2-nə qədər davam edəcək.

 

Mehri QURBAN

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular