Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
BDYP-dən Modern.az-a verilən məlumata görə, hadisə 9 iyul saat 02:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən 218-ci kilometrliyində qeydə alınıb:
“Zaqatala şəhər sakini 14 may 1970-ci il təvəllüdlü sürücü Axundov Nazim Əliəsgər oğlunun idarə etdiyi "Mercedes Benz Vito111" markalı, 99-MK-091 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Gədəbəy rayonu sakini 1 iyul 984-cü il təvəllüdlü sürücü Abdullayev Səfxan Fərman oğlunun idarə etdiyi Howo markalı, 21-BX-166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində "Mercedes Benz Vito111" markalı avtomobilin sürücüsü N.Axundov və sərnişinləri Balakən rayon sakini 25 iyul1976-cı il təvəllüdlü Qoqayeva Nigar Əhməd qızı, Zaqatala rayon sakinləri 25 aprel1984-cü il təvəllüdlü İbrahimova Tünzalə Bəkir qızı, 24 sentyabr 1985-ci il təvəllüdlü İbrahimov Eyvaz İbrahim oğlu, 13 noyabr 2004-cü il təvəllüdlü Yusubov Yusuf Feyzulla oğlu hadisə yerində ölüb.
Xaçmaz rayon sakini 17 aprel 2002-ci il təvəllüdlü Mustafayev Rəcəb Ramin oğlu və Balakən rayon sakini 10 noyabr 2010-cu il təvəllüdlü Qoqayeva Hürü Abdusalam qızı xəsarətlər alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına daxil olublar”.
İlkin ehtimala görə, qəzanın baş verməsinə "Mercedes Benz Vito111" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.