Modern.az

Bakı-Naxçıvan avtobuslarının bilet qiymətləri AÇIQLANDI

Bakı-Naxçıvan avtobuslarının bilet qiymətləri AÇIQLANDI

Aktual

16 İyul 2021, 15:18

17 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respulikasının Nazirlər Kabinetinin Qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutu fəaliyyətə başlayır.

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Modern.az-a bildirilib ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.

 

Belə ki, sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 09:00 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.

 

Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcədə avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə Online gediş bileti sifariş edə bilərsiniz.

 

Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcəkdir.

 

Sərnişinlərin nəzərinə çatdırırıq ki, Gömrük keçid məntəqəsində sərnişinlərdən Covid-19 testi götürüləcəkdir. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi