Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onu Zvartnots beynəlxalq hava limanında baş nazirinin səlahiyyətlərini icra edən Mqer Qrigoryan qarşılayıb.
İki günlük səfər çərçivəsində Avropa Şurasının prezidenti Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşəcək. Görüşdən sonra Nikol Paşinyan və Şarl Mişel mediaya açıqlamalar verəcəklər.
Şarl Mişel həmçinin Ermənistan prezidenti Armen Sarkisyanla görüşəcək.