Modern.az

Əfqanıstanda prezident sarayı raket atəşinə tutuldu

Əfqanıstanda prezident sarayı raket atəşinə tutuldu

20 İyul 2021, 09:14

Əfqanıstan prezidentinin Kabildəki sarayı istiqamətində bir neçə raket atılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Sinhua" agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, raketlər Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksəkvəzifəli şəxlərin də qatıldığı Qurban Bayramı namazı zamanı atılıb.

Raketlər sarayın yaxınlığına düşüb. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?