Modern.az

Kaxa Kaladze yenidən Tbilisi meri vəzifəsinə namizəd oldu

Kaxa Kaladze yenidən Tbilisi meri vəzifəsinə namizəd oldu

21 İyul 2021, 00:41

Bu ilin oktyabrında Gürcüstanda yerli seçkilər keçiriləcək. Artıq hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisi şəhərinin meri vəzifəsinə namizədini ictimaiyyətə təqdim edib.

 

Modern.az xəbər verir ki, hakim partiyanın siyasi şurasının bu gün keçirilən iclasında Tbilisi şəhərinin meri vəzifəsinə namizəd məsələsinə baxılıb. İclasda paytaxtın hazırkı meri Kaxa Kaladzenin ikinci müddətə namizədliyi irəli sürülüb.

 

Məlumat üçün qeyd edək ki, 43 yaşlı Kaxa Kaladze 2017-ci ilin oktyabr ayından Tbilisinin meridir.

 

K.Kaladze islahatçı mer imici qazanıb. Eyni zamanda Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında memorandumu da K.Kaladze imzalayıb.

 

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 2-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü