Modern.az

İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi

İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi

23 İyul 2021, 20:21

Rusiyalı jurnalist, “Novoya Qazeta” nəşrinin müxbiri İlya Azar Gürcüstana buraxılmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb.

 

İ.Azar bildirib ki, ölkəyə daxil olmağa qadağanın hansı səbəbdən qoyulduğu ona izah edilməyib. Lakin onun paylaşdığı müvafiq sənəddə “Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə cavab vermir” bəndi işarələnib.

 

Qeyd edək ki, rusiyalı jurnalist 2011-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərə görə ölkədə “persona non grata” elan edilib. Ötən ilin oktyabrında Ermənistanın Xarici İşlər Nazirliyi İ.Azarın akkreditasiyanı ləğv edib. Buna səbəb onun Qarabağda döyüşən əslən erməni olan Fransa vətəndaşından aldığı müsahibə olub (report).

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi