Modern.az

Kəlbəcərdə vəziyyət necədir? - Rəsmi AÇIQLAMA

Kəlbəcərdə vəziyyət necədir? - Rəsmi AÇIQLAMA

Aktual

24 İyul 2021, 11:03

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

 

Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər