Modern.az

Olimpiadaya etiraz edən şəxs saxlanıldı

Olimpiadaya etiraz edən şəxs saxlanıldı

Aktual

25 İyul 2021, 11:09

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsinin əleyhinə çağırış kağızları yayan şəxs saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, Naqoya prefekturasının polisi 59 yaşlı kişi sakini həbs edib.

 

O, metronun qatarından onlarla kağızı pəncərədən relslər üzərinə atıb. Bu, iyulun 23-dəki açılış mərasimindən bir neçə saat əvvəl olub. Onun əməli qatarların hərəkət cədvəlinə təsir edib. Saxlanılan şəxs Olimpiadaya etiraz ifadə olunan qeydlər atdığını boynuna alıb.

 

Qeyd edək ki, açılışdan əvvəl Olimpiada əleyhinə etiraz aksiyası da keçirilib.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi