Modern.az

Vəziyyət pisləşsə, qapanmalar olacaq - Şahmar Mövsümov

Vəziyyət pisləşsə, qapanmalar olacaq - Şahmar Mövsümov

26 İyul 2021, 15:44

Əgər epidemioloji vəziyyət pisləşəcəksə, qapanmalara getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur. Qapanmadan bunun qarşısını almaq mümkün olmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

Prezidentin köməkçisi bildirib ki, vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu