Modern.az

Meşə yanğınlarında ölənlərin sayı artdı

Meşə yanğınlarında ölənlərin sayı artdı

29 İyul 2021, 23:36

Türkiyənin Muğla rayonunda baş verən yanğında bir nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün tvitter səhifəsində yazıb.

 

Marmaris rayonunun Bələdiyyə sədri Mehmet Oktay bildirib ki, hazırda ölüm hadisəsi baş verən İçmeler mərkəzindəki yaşayış məntəqələrində təhlükə yoxdur, amma yanğın Bozburun yarımadasına doğru davam edir.

 

M.Oktay yanğının təxribat ehtimalı ilə törədildiyi ehtimalının böyük olduğunu bildirib.

 

Qeyd edək ki, Türkiyədə dünəndən davam edən kütləvi yanğınlarda ümumilikdə 4 nəfər ölüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər