Modern.az

Şevçenko millidən pula görə ayrılıb

Şevçenko millidən pula görə ayrılıb

2 Avqust 2021, 00:39

Andrey Şevçenkonun futbol üzrə Ukrayna millisinin baş məşqçi postundan getməsinin səbəbləri məlum olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şevçenko Ukrayna Futbol Federasiyası ilə yeni müqavilənin maliyyə şərtlərini razılaşdıra bilməyib. O, bu səbəbdən millidən ayrılmaq qərarına gəlib.

 

Məlumata görə, Şevçenko bütün məşqçi heyəti üçün 3 milyon dollar istəyib, lakin Federasiya 1,5 milyon dollardan artıq ödəməyə hazır olmadığını bəyan edib. 

 

Qeyd edək ki, Ukrayna millisi Avropa Çempionatında 16 milyon avro gəlir əldə edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi