Modern.az

Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi

Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi

3 Avqust 2021, 10:04

14 aprel 2021-ci ildə Ucar rayonu, Qarabörk kənd sakini 1985-ci il təvəllüdlü Validə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Ucar rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Qasım Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Validə Kərimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

İş üzrə toplanmış sübutlar əsasında Qasım Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi