Kiprdə keçirilən AEL - "Qarabağ" matçının son dəqiqələrində gərgin anlar yaşanıb.
Modern.az xəbər verir ki, gərginlik Ağdam klubunun cavab qolundan sonra baş verib.
Belə ki, azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildirib.
Oyunda məcburi fasilə yaranıb.
***
22:34
AEL və "Qarabağ" oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, rəqibin hücumçusu Şepoviç penaltidən fərqlənməklə komandasını önə keçirib.
***
21:02
Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununa çıxıb.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır. Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edir.