Modern.az

Bahar Muradovadan Sevincin qətli barədə deyilənlərə MÜNASİBƏT

Bahar Muradovadan Sevincin qətli barədə deyilənlərə MÜNASİBƏT

Aktual

9 Avqust 2021, 12:42

"Bəzən zorakılığa məruz qalan və onların hüquqlarını müdafiə edən şəxslər dövlət orqanları ilə əməkdaşlıqda maraqlı olmurlar".

 

Bunu Modern.az-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalan Bakı sakini Sevinc Məhərrəmovanın qətli ilə bağlı müzakirələrə münasibət bildirərək deyib.

 

Komitə sədri qeyd edib ki, kimlərsə fikir söyləyərkən, özünü haqlı tərəf hesab edir:

 

"Bilirsiniz, bir tərəfdən kimsə bunu söyləyirsə, özünü haqlı hesab edə bilər. Amma məsələnin mahiyyəti başqa cürdür. Bəzən zorakılığa məruz qalan və onların hüquqlarını müdafiə edən şəxslər bu və digər səbəblərdən müvafiq dövlət orqanları ilə əməkdaşlıqda maraqlı olmurlar. Bir tərəfdən ailə sirrini kənara çıxarmaq istəməməsi, ikinci tərəfdən bu və digər dövlət orqanına müraciət edərkən, onu yaxınları tərəfindən gözləyən təhdidlər səbəbindən, konkret sonuncu halda isə uşaqlarından ayrı düşmək qorxusundan. Siz də bilirsiniz ki, bizim qadınlar çox fədakardırlar. Onlar hər cür təzyiqə, hər cür zorakılığa dözürlər ki, ailəsinin içində, uşaqlarının yanında olsunlar. Hətta bir çox hallarda öz doğmalarından da gerçəyi gizlədirlər. Bəzi ailələr var ki, övladlarının üzləşdiyi çətin məqamlarda onların yanında olmaq istəmirlər, yaxud ola bilmirlər. Bu məlumatları daha çox gizlətməyə, öz bildikləri şəkildə ört-basdır etməyə çalışırlar. Hesab edirəm ki, bu, yanlış olaraq bizim mental dəyərimiz kimi qiymətləndirilən, amma aradan qaldırılmalı olan hallardır ki, çox tez bir zamanda bundan xilas olmalıyıq.

 

Təbii ki, Sevinclə bağlı baş verənlər ağılın, məntiqin və insanlığın çərçivələrindən kənar hadisədir, ağır cinayətdir.Və həm də bir atanın öz övladlarına və onların gələcəyinə qarşı sui-qəsdidir. Təcrübə göstərir ki, bəzi hallarda müəyyən dairələrə kəskin sonluqla nəticələnən belə hadisələr çox lazım olur. Xüsusilə açıqlanmasını indiki halda məqsədəuyğun hesab etmədiyim fərqli qrupların, belə insan faciələrinə yönələn hərəkətlərinin müntəzəm körükləməsi səbəbindən bəzi hallarda problemlərin aradan qaldırılmasına yönəlik cəhdlər havadan asılı qalır".

 

Qeyd edək ki, bir müddət əvvəl həyat yoldaşı tərəfindən amansız işgənclərə məruz qalan Sevinc Məhərrəmovanın ölümü geniş müzakirələrə səbəb olub. Bir çox şəxslər hesab edir ki, Sevinc aidiyyatı qurumlarının biganəliyinin qurbanı olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?