Yunanıstanda meşə yanğınları davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Afina Rusiyadan sayca ikinci Be-200 təyyarəsi göndərməsini xahiş edib.
Dəhşətli yanğın paytaxt Afinanın yerləşdiyi Attika bölgəsində böyük təhlükə yaradıb. Evbeya adasında isə yaşı 2500 il olan məşhur zeytun ağacı yanaraq kül olub.