Modern.az

Vəkil: “Eldəniz Səlimov saxlanma şəraitindən razıdır”

Vəkil: “Eldəniz Səlimov saxlanma şəraitindən razıdır”

Aktual

10 Avqust 2021, 16:04

“Mən müdafiəçi kimi şikayət vermişdim, lakin Eldəniz müəllim apellyasiya şikayətini geri götürdü. Bildirdi ki, şikayət verməyə lüzum yoxdur.  Ona görə də Apellyasiya Məhkəməsi şikayətimizə baxmayacaq”.

 

Bu sözləri Modern.az-a açıqlamasında toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimovun vəkili İlqar Əliyev deyib.

 

Onun sözlərinə görə, Eldəniz Səlimovun səhhətində heç bir problem yoxdur, özünü yaxşı hiss edir:

 

“Səhhəti qaydasındadır, hər hansı problem yoxdur, hər şey normaldır. Amma yaşanan hadisələrə görə təəssüf hissi keçirir. Saxlanma şəraiti də normaldır, hər şeydən razıdır”.

 

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

 

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

 

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.  

 

Böyük qalmaqalla gündəmə gələn Eldəniz Səlimov hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?